Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ARDNF-in səhm portfeli 26 ölkəni əhatə edir -ÖZƏL

ARDNF-in səhm portfeli 26 ölkəni əhatə edir


Azərbaycan Respublikası Dövlət Neft Fondunun səhm portfeli dünya üzrə 26 ölkəni əhatə edir.

Fonddan Newscenter.az-a daxil olan məlumata görə, səhm portfelinin idarəedilməsi iqtisadi və əməliyyat səmərəliliyinin də nəzərə alınması ilə dərin bazar biliyi və təcrübəsi olan xarici menecerlərə həvalə edilib:

"Səhm portfelinin idarəedilməsinə cavabdeh olan 5 xarici menecer “UBS Asset Management”, “State Street Global Advisors (SSGA)”, “Mellon Investments Corporation”, “Blackrock Investment Management” və “Sumitomo Mitsui Trust
International” şirkətləri olmaqla, hər biri müvafiq olaraq investisiya portfelinin 3,7%, 2,5%, 3%, 3,4%, 3,3%-lik hissəsini idarə edir".

Fonddan o da bildirilib ki, ARDNF-in səhm portfeli 2022-ci ili 16,9 faiz itki ilə başa vurub.

Natiq Orucov
Xəbəri paylaş