Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fermer kartlarının subsidiya məbləğləri istifadəsiz qalıb -ÖZƏL

Fermer kartlarının subsidiya məbləğləri istifadəsiz qalıb


Fermer kartlarının nağdsız hesablarında əkin subsidiya məbləğlərinin maliyyələşdirilməsindən 2020-ci ilin sonuna 7,1 milyon, 2021-ci ilin sonuna 23,1 milyon, 2022-ci ilin sonuna isə 26,7 milyon manat subsidiya məbləğləri qalıqda istifadəsiz qalıb.

Newscenter.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” rəsmi rüblük bülletenində qurumun dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abbasovun məqaləsində qeyd edilib.

Bildirilib ki, bitkiçilik məhsulları istehsalının dəstəklənməsi” tədbiri çərçivəsində məhsul subsidiyasının verilməsi üzrə 2022-ci ildə 59584,9 min manat vəsaitin xərcləndiyi göstərilib ki, bu da 2021-ci ilə nisbətən 30574,1 min manat və ya 2,1 dəfə çox olub.

Belə ki, pambığın tədarükçülərə təhvil verilməsinə görə ödənilmiş məhsul subsidiyasının məbləği isə 2022-ci ildə 56438,3 min manat olmaqla 2021-ci illə müqayisədə 28078,5 min manat və ya 2,0 dəfə çox olduğu halda, respublikada 2022-ci ildə cəmi 322,5 min ton miqdarında pambıq tədarük edilərək əvvəlki illə (287,0 min ton) müqayisədə 12,4% çox olmuşdur. 2022-ci ildə əvvəlki 2 ildən fərqli olaraq pambıq əkininə görə əkin subsidiyası verilməyib.

Natiq Orucov
Xəbəri paylaş