Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən il buğdanın əkin sahəsi azalıb -ÖZƏL

Keçən il buğdanın əkin sahəsi azalıb


Keçən il “Bitkiçilik sahəsində istehsalın illik artımı” 3,5% proqnozlaşdırılsa da, faktiki 3,3% artıma nail olunmaqla 2021-ci ilə nisbətən 0,7% bəndi az olub. Eləcə də, respublika üzrə əkin sahələri 1662,3 min hektar proqnozlaşdırılsa da, faktiki əkin sahəsi 1624,0 min hektar olmaqla 2021-ci ilə nisbətən 20,5 min hektar az təşkil edib.

Newscenter.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” rəsmi rüblük bülletenində qurumun dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abbasovun məqaləsində qeyd edilib.

Bildirilib ki, o cümlədən strateji məhsul olan buğdanın əkin sahəsi 570,3 min hektar proqnozlaşdırılsa da, faktiki əkilən sahə 547,2 min hektar təşkil etməklə 2021-ci ilə nisbətən 25,1 min hektar az olub.

Natiq Orucov
Xəbəri paylaş