2022-ci ilin sonuna ARDNF-də ümumilikdə 49 milyard ABŞ dolları həcmində ehtiyat vəsait toplanıb. Bu da ölkənin strateji valyuta ehtiyatlarının 85%-ni, Ümumi Daxili Məhsulun isə 62%-ni təşkil edir.
Bu barədə məlumat Newscenter.az-a Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) daxil olub. Bildirilib ki, 2001-2022-ci illər ərzində iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və rəqabət qabiliyyətinin
artırılmasının zəruriliyi əsas götürülməklə 118,2 milyard ABŞ dolları dövlət büdcəsinə transfert şəklində, 11,8 milyard ABŞ dolları isə layihələrin maliyyələşdirilməsində istifadə edilib.
2010-cu ildən sonra, dövlət büdcəsinin gəlirlərində ARDNF-nin transfertlərinin payı 40-50% arasında dəyişib, 2022-ci ildə isə dövlət büdcəsində digər maliyyələşmə mənbələrinin, büdcə daxilolmalarının artması hesabına həmin ildə dövlət büdcəsində nəzərdə tutulan transfertin həcminə qənaət edilib.
Natiq Orucov