Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ordubad SES-də 4, 5 milyard manat dəyərində uyğunsuzluqlar müəyyən olunub -ÖZƏL

Ordubad SES-də 4, 5 milyard manat dəyərində uyğunsuzluqlar müəyyən olunub


“Ordubad Su Elektrik Stansiyasının tikintisi” layihəsinin icrasına ayrılan dövlət investisiyalarının auditi aparılıb.

Newscenter.az xəbər verir ki, bu barədə Hesablama Palatasının auditoru Vüqar İbrahimovun təmsil etdiyi qurumun “Dövlət auditi” rəsmi rüblük bülletenində dərc olunan məqaləsində məlumat verilib.

Bildirilib ki, 36 MVt gücü olan Ordubad Su Elektrik Stansiyasının tikintisi obyekti üzrə 2011-2022-ci illərdə rəsmiləşdirilmiş “Yerinə yetirilmiş işlərin qəbul Aktları”ndakı işlərə fiziki baxış zamanı işlərin mövcudluğu araşdırılarkən ƏDV-siz 4.317.988,9 manat dəyərində uyğunsuzluqlar müəyyən olunub.

Palatanın auditoru deyib ki, “36 MVt gücü olan Ordubad Su Elektrik Stansiyasının tikintisi” obyektində quraşdırılmış avadanlıqlara (hidravlik dəmir qapılar) ödənilmiş vəsaitə daxil edilən işlər araşdırılarkən gömrük sənədlərinə əsasən həmin işlərin ümumi dəyəri üzrə fərqin yaranması müəyyən edilib:

"Təqdim edilmiş “Yerinə yetirilmiş işlərin qəbulu Aktları” araşdırılarkən 2021-ci ilin noyabr ayından 2022-ci ilin oktyabr ayınadək təqdim edilən ümumilikdə 3.960.631,0 manat dəyərində işlərin yerinə yetirilməsini təsdiq edən Forma 2 Aktlarında ƏDV-nin hesablanmadığı müəyyən olunub".

Natiq Orucov
Xəbəri paylaş