Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir çox məmurlar yerində deyil

Bir çox məmurlar yerində deyil


Azərbaycan diasporasının formalaşmasında İrandan mühacir və sürgün olan çox sayda soydaşımızlarımızın, İğdır-Kars kökənli soydaşlarımızın əvəzdiz rolu olub. Cavad Deraxti, Əjdər Tağızadə, Eldar Qaradağlı, Saleh İldırım, mərhum Qulamrza Səbri Təbrizi, Firudin Pərvizniya, Səməd Fərtaş, Behruz Quşeşi, İlhan Aşkın, Ayhan Demirçi, Bülent Gürcam, Səttar Sevgin, Oğuz Türk,Orhan Aras, Mikayıl Oyta, Atabəy Nəcəfpur, Rəhim Sulduzlu, Haide Bornak, Rəhim Şahbazi, Çingiz Göytürk, mərhum Arif Rəhimoğlu və adlarını saymadığım xeyli insanlar önəmli işlər görürdülər. Avropa, Amerika, Kanada, Avstraliyada qurduqları normal və sakit düzəni kənara qoyub Azərbaycan üçün qollarını sıvayıb, işlər gördülər. Bu sadaladığım insanlar bugün əvvəlki kimi fəaldılarmı? Etiraf edək ki, yox.

Deməsələr də, açıq etiraf və etiraz etməsələr də səbəbi gizli deyil. Çünki diqqətsiz qaldılar, onlar məclislərdə başda oturtulmaq əvəzinə yoldan keçən dost , tanış, qohum və ya təsadüf adamlar diasporaya gətirildi. Şirəyə yığışan qarşıqa kimi bir çoxları dövlət büdcəsindən ayırlacaq maddi imkanları mənimsəmək üçün meydana atıldı. Yuxarıda adlarını saydığım və ya saymadığım bu adamlar, Azərbaycan büdcəsinin ən kasıb zamanlarında öz ciblərindən belə pul xərcləyərək addımlar atır, real işlər görürdülər. Dövlət bu adamları əl üstündə saxlamalı, belə təcrübəli insanların təcrübəsindən yararlanmalı idi. Əksini gördük və görürük. Təsadüf adamlara cəmiyyət qurdurmaqla, başa gətirməklə olmur belə işlər.

Fuad Muradov diasporanın başına gətirilir gətirilməz nə etdi? Şuradan tanıdığı, diaspora fəaliyyətində heç bir təcrübəsi olmayan insanları "iş" başına gətirildi. Beləliklə onsuzda ağır nəfəs alan diasporamız tamamilə nəfəsi kəsilərək məhv edildi.

Siz son dönəmlər hansısa beynəlxalq təşkilatın Azərbaycanın diaspor təşkilatını yüksək səviyyədə qəbul etdiyini gördünüzmü?

İndiki təsadüf diasporaçılar xatırlamaz amma mən deyim. Vaxt vardı bu adını sadaladığım şəxslərin hesablna ABŞ Dövlət Departamentində, BMT, Avropa Şirası və bir sıra beynəlxalq təşkilatlarda diaspora təşkilatlarımız qəbul edilirdi, hesabatları alınır, verdiyi bəyanatlar ciddiyə alınırdı.

Komitə rəhbərliyinə gələr gəlməz Fuad Muradov Koordinasiya Şuraları yaratmağa hərəsinə də da bir "sədr" seçdirməyə başladı. Yerli diaspora təşkilatlarının fikirləri nəzərə alınmadan Muradov tanışı bilişini Şura adı altında yaratdığı süni qurumlara topladı. Nəticə ? Əlbəttə ki sıfır. Tutmadı Koordinasiya Şuraları. Nəinki Koordinasiya yaradıla bilindi, hətta zamanında mövcud olan kövrək birliklər , münasibətlər tamamilə məhv edildi.

Fuad Muradov diasporanın başında dəlləklik öyrənə öyrənə heç olmasa öncələr az da olsa var olanları da tarimar etdi. İranlı soydaşlarımızın, İğdır Karslı , böyüklərimizin 90-cı illərdən göstərdikləri fəaliyyətlər heçə sayılaraq bu qədər fəal insanları oyumdan kənar saxlanıldı.

Fuad Muradov bilməli idi ki, diaspora onun babasının mirası deyil, bura Azərbaycan şəhidlərinin, Azərbaycan üçün can verənlərin mirasıdır. Bu mirasa xəyanət etmək olmazdı. Özlyündə yeni nəfəs gətirmək istədi. Gətirdiyi nəfəs isə fəal olanların uzaqlaşdırılması ilə nəticələndi.

İndi bilirsiz də niyə Muradov xaricdə keçirdiyi aksiyalara pulla adam toplayır? Niyə gedən ciddi proseslərə diaspor təşkilatları adekvat münasibət göstərə bilmir? Cəmiyyətlərin erməni işğalına qarşı bəyanatları isə komitənin əməkdaşları tərəfindən hazırlanır. Bir sözlə təcrübəli insanlarımız kənarda deyinməməli, görüşlərdə şikayətlənməməli, toplanıb sözünü deməlidir.

Azərbaycan Prezidenti meydanda tək buraxılıb. Müşavirədə göründüyü kimi bir çoxları yerində deyil. Prezidentə düzgün məlumat çatdırmırlar. Amma sözümüzü çatdırana qədər mübarizə aparmalıyıq. Qoy ölkə rəhbərliyi əsl həqiqətləri bilsin və əminəm ki, bəzi həqiqətlər xüsusi ilə Fond adı altında pulların göyə necə sovrulduğunu da ortaya faktlarla qoyacağıq.

Rəşad Quliyev
Xəbəri paylaş