Bir müddət öncə QHT Agentliyi qrant elanının nəticələrini açıqladı. Nəticələrdən narazı kimi bir qrup QHT Prezident Administrasiyasına şikayət etdi. Sonra hərəni bir yolla sakitləşdirdilər. Agentlikdən bildirdilər ki, bu Müşahidə Şurasının səhvidir.
Amma bu günlərdə maraqlı mənzərə ortaya çıxıb. Bəzi QHT lərə müsabiqədənkənar qrant veriblər.
Onlardan birini misal göstərim. Araşdıra bilərsiniz. Azərbaycan-Bolqarıstan Dostluğunun Inkişafına Yardım Ictimai Birliyinə 10 min manat verilib.
Mənim o təşkilata heç bir etirazım yoxdur. Bacarıb edib. Bacarana can qurban.
Bəs bizim səsimiz, fəaliyyətimiz, dövlətə xidmətimiz bu təşkilatın fəaliyyətindən azdırmı?
Mənimlə qanunla danışanlar. Bəs "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində :
"Azərbaycan dövləti adından Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrantlar müsabiqə əsasında verilir" yazılıb axı. Bəs hardadı bu təşkilatın sonradan qalib olduğu müsabiqə elanı?
Harada açıqlamısınız nəticələri?
Mən dəfələrlə qeyd etdim ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi şəxsi MMC yox, dövlət agentliyidir.
Bəs cavabdeh qurumlar hara baxır?
Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Narkoekspert Emil Maqalov
P.S.Redaksiya olaraq yazıda adı çəkilən tərəflərin də mövqeyini dərc etməyə hazırıq