Cari ilin ilk 6 ayında heyvanların qatar yoluna çıxması nəticəsində 16 hadisə baş verib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC yayıb. Bildirilib ki, baş verən toqquşma qatarlara ciddi maddi zərər dəyib, qrafikdə gecikmələr yaşanıb. Həmçinin, texniki heyətin və sərnişinlərin həyatı təhlükə altına düşür.
Bu il dəfələrlə heyvanların qatar yoluna çıxması hallarının yaşandığını diqqətə çatdıran Səhmdar Cəmiyyət vətəndaşlara xitabən bildirir ki, sahibsiz buraxılan mal-qara qatarların hərəkətinə ciddi təhlükə yaradır.
]
R.Mehdiyeva