Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bunun adı səhlənkarlıq və məsuliyyətsizlikdir

Bunun adı səhlənkarlıq və məsuliyyətsizlikdir


"Qudyalçay üzərindəki körpünün çökməsi səhlənkarlıq və məsuliyyətsizlikdir. Hec bir sel falan olmayıb və xahiş olunur ki, buna belə don geydirməyə cəhd etməsinlər. Bu səhlənkarlıq və işinin öhdəsindən layiqincə gəlməməkdir. Əslində, bundan dolayı cavabdeh təşkilatının məsul şəxsləri cinayətə cəlb edilməlidirlər".

Newscenter.az xəbər verir ki, bu fikirləri rayon sakini Çingiz Şahbazi qeyd edib. O bildirib ki, Xaçmaz rayonunda bu kimi istifadəyə yararsız bir çox sahələrdə qəzalı vəziyyətdə olan tikililər, qaz, işığ sistemləri mövcuddur:

"Xüsusilə də 60-70 ildir ki, istifadə olunan və elektrik enerjisi üçün nəzərdə tutulan bu yararsız dirəklər və naqillərin təcili olaraq dəyişdirilməsi lazımdır. Xahiş olunur ki, dəfələrlə müraciət edilib, amma, diqqət yetirən yoxdur",

O bildirib ki, xüsusilə də Xudat səhəri üzrə təhlükə saçan ərazilərin yenidən qurulması üçün, kabelləşmə sistemi həyata keçirilməlidir:

"Əks təqdirdə bu qəzalı vəziyyətə olan ərazilərdə ölümlə nəticələnən ağır hadisələrin baş vermə ehtimalı böyükdür".

Mehman Mehdiyev
Xəbəri paylaş