Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neft Daşlarında dalğanın hündürlüyü 4.4 metrə çatıb

Neft Daşlarında dalğanın hündürlüyü 4.4 metrə çatıb


Sentyabrın 18-i saat 15:00-a olan məlumata əsasən Göygöl, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Xaltan, Qrız, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağda qar yağıb.

Newscenter.az xəbər verir ki, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 20-25 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.4 metrə çatıb.

Göygöl, Balakən, Şəki, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 20, Naxçıvan MR-da 25, Aran rayonlarında 19, dağlıq rayonlarda isə 13 dərəcəyədək isti olub.

Sona
Xəbəri paylaş