Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın İspaniyada görüşəcəyi barədə xəbərlər yayılır. Bəs, görəsən indiki gərgin məqamda keçirilən görüşlər nə dərəcədə effektli olacaq?
Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Azərbaycan və Ermənistan arasında danışıqlarda yeni bir mərhələ başlayacaq:
"Xüsusilə Azərbaycanın antiterror tədbirlərindən sonra Ermənistan Qarabağla bağlı "status" məsələsini danışıqlar prosesində qaldirmayacaq. Əgər, Ermənistan belə bir təkliflə çıxış edərsə, Azərbaycanda Qərbi Azərbaycan icmasının statusunu qaldıra bilər".
Politoloq deyib ki, artıq Qarabağda erməni qalmayıb və nəticədə iki ölkə arasında danışıqların başlanması və sülh müqaviləsinin bağlanması üçün yeni şərtlər yaranıb:
"Qranada da keçirilən görüşdə müəyyən müsbət irəliləyişlər əldə oluna bilər. Avropa İttifaqının prezidenti Şarl Mişel də yeni mərhələyə ehtiyac olduğunu vurğulayıb. Ermənistanla Azərbaycan arasında Qranada danışıqlar da müsbət irəliləyiş olarsa, sülh müqaviləsinin bağlanması istiqamətində yeni sənəd üzərində işləmək üçün mexanizm hazırlana bilər".
Mehman Mehdiyev