Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Tehrana gedir

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Tehrana gedir


Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu axşam Tehrana səfər edəcək.

Newscenter.az-ın məlumatına görə, “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Nour News” portalı məlumat yayıb.

Bildirilib ki, X.Xələfov İranın bir sıra yüksək rütbəli rəsmiləri ilə görüşməyi və onlarla regiondakı vəziyyəti müzakirə etməyi planlaşdırır. Onun kiminlə görüşəcəyi barədə məlumat verilmir.

Qeyd olunur ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da oktyabrın 1-dən Tehrandadır. Səfər zamanı o, artıq iranlı həmkarı Əli Əkbər Əhmədiyan, həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkə Prezidenti İbrahim Rəisi ilə görüşüb.
Xəbəri paylaş