"Mediada hələ təsdiqini tapmayan xəbərlər yayılır. Qarabağda birinci müharibə zamanı Sejr Sərkisyan, Monte Melkonyan, Vitali Balasanyan, Robert Köçəryan və digər qatillər ilə əlbir olan Bako Saakyan saxlanılıb. Milli Qəhrəman Şirin Mirzəyevin xanımı Flora xanımın dediklərinə görə əsl adı Bahadır olan bu şəxs 1988-ci il Qarabağda separatçılıq baş qaldıran kimi adını dəyişib Bako etdirib".
Newscenter.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist, dosent Zaur Əliyev səsləndirib. O bildirib ki, Bako Saakyan Xankəndidə doğulub:
"1998-ci ildə Dağlıq Qarabağdakı separatçı hərəkata qoşulanadək muxtar vilayətdə müxtəlif vəzifələrdə çalışıb.. O, vaxtilə Muxtar Vilayətin prokuroru olmuş İsaqulovla tanış olub. Onun sayəsində irəli gedib. Gənc yaşlarından narkotika aludəçisi olduğu üçün regionda narkotik bazarına nəzarət edib. 1990-cı ildə separatçıların Azərbaycana qarşı hərbi hərəkatına qoşulub. Həmin illərdə Saakyan separatçılar üçün xarici ölkələrdən qaçaqmalçılıq yolu ilə silah gətirilməsinə məsul idi. O Asala, Rusiya, PKK, İran və Fransada güclü əlaqələri olan adamdır. Xocalı soyqırımı günü Fransa məhz onun vasitəsilə ermənilərə silah, geyim, ərzaq və maliyyə yardımı göndərib. Hizbullah, PKK, Asala kimi teror təşkilatlarının rəhbərləri ilə sıx əlaqəsi var. Narkotika, silah və insan alveri sayəsində milyonlar qazanıb".
Zaur Əliyev qeyd edib ki, Qarabağ separatçıları içərisində bütün terrorçuların etimadını qazanmış Bakonun əsas işi ildə əsirləri ağır mülki işlərdə işlətmək olub:
"Qarabağda işğal olunan ərazilərdə binaları, evləri, qəbr daşları və idarələri əsirlərə sökdürüb İrana satmaq onun vəzifəsi idi. Eyni zamanda əsir və girovları ağır işlərdə çalışması üçün xarici şirkətlərə pul ilə satırmış. Xocalıda, Meşəli, Qaradağlı və digər soyqırımlarda bunun işi erməni zabitlərindən pul ilə sağlam əsir və girovları alıb sonradan onları qul kimi işlətmək olub. Sağlam əsirləri seçmək üçün o, onları bərk döydürüb, neçə gün ac susuz saxlayıb. Sağ qalanları isə qul edib. Saakyan Xocalıya hücum əməliyyatına rəhbərlik edənlərdən biri olub. Uzun müddət terrorçu və insan alverçisi Laura Geverokvna Lalayan (ləqəbi Arnold) birgə əsir uşaqların orqanlarının satışını İran üzərindən Fransa bazarına çıxarmaq işində onunla həmkar olub. Sağlam olmayan əsir və girovları isə ağır işgəncələrə məruz qoyulması əmrini də məhz bu qatil verib. Orqanı satışa çıxarılan uşaqları( qızları) zorlaması barədə məlumatlar var. Özünün dediyinə görə körpə qızları zorlamaq onu " cavanlaşdırırmış". Monte Melkonyanın qardaşı Markar Melkonyan “Mənim qardaşımın yolu” kitabında da bu qatilin adı Xocalı soyqırımında qətllər törədənlər arasında çəkilir. Bako Saakyan keçmiş prezident və baş nazir Serj Sərkisyanın adamıdır və onlar birgə Amerikada "Erməni gücü" adlanan mafiyanın maliyyəçilərindədir. Böyük pulları Amerikada leqallaşdırılması bu mafiyanın əli ilə həyata keçirilir".
Zaur Əliyev daha sonra bunları qeyd edir:
"15 dekabr 1991-ci ildə Azərbaycanda, Xocalı rayonunun Cəmilli kəndində baş verən faciənin şahidləri bu qatili yaxşı tanıyırlar.Bu faciə zamanı 9 nəfər azərbaycanlı mülki şəxs öldürülmüşdür. Qətliamın şahidi Tehran İbadovun sözlərinə görə, ermənilər meyitləri qarət edir və məsxərəyə salırdılar. Məhz bu ermənilərə başçılığı Bako edirdi. Qaradağlı soyqırımında Monte ilə birgə əsirləri dəmir qaba salıb od vurmaq əmrinin də Bako verdiyi məlumdur. Həmin günü terrorçu, "Çapıq” Edo adlı qatilin bir neçə yaralı əsgərin üstünə benzin tökərək, yanan kibrit çöpünü atmasına da Bakonun gülərək baxmasını şahid ifadələrində görmək olar.
Məhz onun əmrini icra etdikləri üçün də 12 mart 2014- cu il tarixində düşmən Qaradağlının işğal edilməsinin 22 illiyini qeyd edən günü Bako onları Qaradğlıdakı tədbirə dəvət edərək onları mükafatlarla təltif edib.
Bu qatilin cinayətləri o qədər çoxdur ki, yazmaqla bitməz. Ümid edirəm ki, onun həbs xəbəri doğru olar və bu qatil Azərbaycanda həbsxanada yatacaq. Orda isə...Uşaq zorlayanlara münasibət necədir bəllidir.
İlahi ədalət bərpa ediləcək".
Anar Əliyev