Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“BMT missiyanın 30 ildən sonra Azərbaycanın Qarabağ bölgəsinə təşrif buyurması ikili standartlardan xəbər verir

“BMT missiyanın 30 ildən sonra Azərbaycanın Qarabağ bölgəsinə təşrif buyurması  ikili standartlardan xəbər verir


“BMT missiyanın 30 ildən sonra Azərbaycanın Qarabağ bölgəsinə təşrif buyurması, dünya xalqlarının etibar etdiyi bu mötəbər təşkilatın ikili standartlardan çıxa bilməməsini açıq şəkildə ifadə edir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Ekspert hesab edir ki, onlar Qarabağa ermənilərin köç halında Azərbaycan torpaqlarını tərk etməsindən dolayı gəlib:

“Amma məsələ burasındadır ki, bu köçün arxasında heç bir məcburiyyət və zorakılıq olmadığı halda bunların ermənilərə belə arxa çıxmaları sözügedən təşkilatın nə qədər riyakar olduğunu göstərir. Eyni zamanda dünyada yürüdülən ikiüzlü siyasətin əlində bir alətə çevrildiyini əks etdirir. Niyə Arakana, Myanmara missiya göndərmirsiniz? Arakanın xunta hakimiyyəti yerli müsəlman əhalisinin axırına çıxdı.

İnsanlar çöllərdə acından qırıldı. Heç bir yerdən humanitar yardımlar zavallı müsəlman əhali üçün ölkəyə buraxılmadı. İndi də onların bir qismi Pakistan sərhədində sahibsiz olaraq həyatla mübarizə aparırlar. Bu insanlar zor gücünə evlərini və eşiklerini itiriblər və aclıqla mübarizə aparırlar. Nə üçün BMT onları görməzdən gəlir? Çünki, onlar müsəlmandırlar. Ancaq separatçı və terrorçu ermənilər üçün tez gəlirsiniz, çünki onlar müsəlman deyil. Bu sizin simanızdır!”.

Anar Əliyev
Xəbəri paylaş