“Qarabağ bölgəsində 50-1000 arasında etnik erməni qalıb” – deyə BMT missiyasının verdiyi açıqlama qeyri-peşəkar ifadədir".
Newscenter-az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. O bildirib ki, bir kəmiyyətin təxmini ölçüsünü ifadə edərkən intervalın yuxarı həddi aşağı həddindən 2 dəfədən çox olarsa, bu artıq qeyri-peşəkar hesab edilir. Əgər intervalın yuxarı və ya aşağı həddini müəyyən etmək olmursa o zaman 2 deyil, yalnız 1 kəmiyyətlə ifadə edilir. Məsələn 20-dən çox, 20-dən az:
"BMT missiyasının bəyanatında isə intervalın yuxarı nöqtəsi (B) aşağı nöqtəsinin(A) 2000 faizinə bərabərdir.
Bu missiyaya ermənilərə heç bir təzyiq edilmədiyi ilə bağlı verdikləri ədalətli bəyanata görə sözsüz ki təşəkkür edirəm. Onların verdiyi çox önəmli bəyanatlar vardı. Bu müzakirə mövzusu deyil. Amma BMT-nın 5-dən çox alt qurumunun FAO, ÜST, UNİCEF, Qaçqınlar üzrə Agentlik və s təmsil olunduğu bir missiyasında “50-1000” intervalının ifadə etməsini peşəkar hesab etmirəm.
Təsəvvür edin ki, 3 yaşlı uşağa əmisinin fotosunu göstərib soruşursunuz, şəkildəki əminin neçə yaşı olar? Uşaq da cavab verilir ki, şəkildəki əmi 4 yaşla 80 yaş aralığındadır. Təəccüblənməyin, tam eyni müqayisədir - “B” “A”-dan 20 dəfə çoxdur. Bunun məntiqi izahı odur ki, uşaq insanların yaşı və görünüşü arasındakı əlaqəni bilmir. Ən yaxşı halda isə o, şəkilə diqqətlə baxmayıb".
Anar Əliyev