Türkiyədə ilk rəsmi Azərbaycan tədris ocağı - Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun adına təhsil kompleksi açılıb.
Newscenter.az xəbər verir ki, "Palmali Holding" şirkətinin prezidenti, azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun maliyyə dəstəyi ilə ərsəyə gələn, Azərbaycan ümumtəhsil proqramı əsasında fəaliyyət göstərəcək bu təhsil müəssisəsi İstanbulda yaşayan azərbaycanlı uşaqların üzünə qapılarını açıb. Onların arasında ilk dəfə məktəb dəhlizlərində ayaq basan, oxumaq və yazmaq bilməyən 15 yaşlı uşaqlar da var.
Təhsil-tədris ocağı müvəqqəti olaraq Türkiyədə yerləsmiş azərbaycanlı ailələrin uşaqlarına bilik və savad verəcək.
Anar Əliyev