"Bu gün bütün Qarabağ inkişaf edir. Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Göygöl Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov səsləndirib. O bildirib ki, Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə də töhfə verəcək:
"Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib, onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də böyük yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq inkişaf etmişdir".
Anar Əliyev