Ötən gün "Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu" (ASALA) terror təşkilatı İrəvandakı Ümumdünya Yəhudi Mərkəzində törədilən vandalizm aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Newscenter.az xəbər verir ki, bu barədə terrorçu qruplaşmanın yaydığı məlumatda deyilir.
“Biz 2023-cü il oktyabrın 3-də İrəvanda Ümumdünya Yəhudi Mərkəzinə qarşı həyata keçirilən hədə-qorxu əməliyyatı barədə sizə fəxrlə məlumat veririk”, - terrorçular bildiriblər.
Onlar yəhudilərə və yəhudi dünyasına qarşı bu cür əməlləri davam etdirəcəklərini fəxrlə bəyan ediblər: "Bu, xəbərdarlıqdır. İrəvandakı uğurlu əməliyyatımız hələ başlanğıcdır. Bu, sadəcə, qətiyyətimizin bəyanıdır. Biz ABŞ, Avropa və digər ölkələrdə sinaqoqları yandırmağa davam edəcəyik".
Bu fakt erməni cəmiyyətində antisemitizmin geniş yayılmasının və bu ölkədə müxtəlif etnik xalqlara, dini nümayəndələrə qarşı dözümsüzlüyün bariz nümunəsidir.(report)