Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dövləti və xalqının əleyhinə cinayət törətmiş canilərin hamısı həbs olunacaq

Azərbaycan dövləti və xalqının əleyhinə cinayət törətmiş canilərin hamısı həbs olunacaq


"Separatçı-terrorçu qurumun rəhbər şəxslərinin həbsi Azərbaycan dövlətinin gücünün və iradəsinin ifadəsidir. Azərbaycan dövləti sözünü dedi və yerinə yetirdi. Azərbaycan dövləti və xalqının əleyhinə cinayət törətmiş canilərin hamısının həbs olunacağına artıq şübhə yoxdur və olmamalıdır".

Bu fikirləri Newscenter.az-a politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, təbii olaraq bu canilərin xaricdəki ermənipərəst dairələrdəki dəstəkçiləri müəyyən addımlar atmağa çalışacaqlar:

"Bura elə Azərbaycandan qaçıb xaricdə bloqerlik edən "azərbaycanlı" xainlərdən tutmuş, terror aktları, səfirliklərə, Azərbaycan vətəndaşlarına hücum da daxil bir çox yollar sınayacaqlar. Ermənipərəst Amerika və Fransa, Avropanın müəyyən dairələri sanksiyalarla həmin şəxslərin azad edilməsi ilə əlaqəli Bakıya təzyiqlər edəcək".

Azər Qasımov hesab edir ki, amma Azərbaycan dövləti bir neçə qrupun və ya hansısa dövlətlərin təzyiqlərinə boyun əyən dövlət deyil:

"Azərbaycan etdiyi hərəkətin arxasında durub və duracaq. Canilər öz hüquqi cəzalarını alacaqlar və cəzalarını da həbsxanalarda çəkəcəklər. Kimsə Azərbaycanla hədə dilində danışa bilməz. Azərbaycan elə bu qüvvələrin müqavimətini qıraraq öz ərazi bütövlüyünü təmin edib. İndi bu zamandan sonra kimsənin "təzyiqi" onun üçün boş səs-küydən başqa bir şey deyildir".

Anar Əliyev
Xəbəri paylaş