Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək beştərəfli formatda görüşdən imtina edib. Məlumat üçün qeyd edək ki, sözügedən məkanda Azərbaycan və Ermənistan liderləri ilə yanaşı Avropa İttifaqı, Fransa və Almaniya rəhbərliyi də iştirak edəcəkdi.
Newscenter-az-ın xəbərinə görə, AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu Azərbaycanın dövlət başçısının doğru addım atdığını deyib. Əli Oruclu bildirib ki, prezident İlham Əliyevin oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Fransa-Almaniya-Aİ-Azərbaycan-Ermənistan formatında təşkil olunacaq görüşdən imtina etməsi düzgün qərardır. Onun sözlərinə görə, görüşdə iştirak edəcək Fransa və Almaniya liderləri Azərbaycana qarşı qərəzli mövqe sərgiləyəcəkdilər:
"Ən son BMT Təhlükəsizlik Şurasında Qarabağa dair məsələ müzakirə olunan zaman hər iki dövlətin bizə olan qeyri-obyektiv və qərəzli mövqeyini gördük. Qranada görüşündə də Paris və Berlin anoloji mövqe ortaya qoyacaqdır".
AMİP funksioneri hesab edir ki, rəsmi Bakı bundan sonra da qeyd edilən formada təklif edilən heç bir görüşdə iştiraka razılıq verməməlidir.
Anar Əliyev