2023-cü ilin yanvar-sentyabr ayları ərzində Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 190 icazə verilib.
Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, onlardan 136-ı ixrac nəzarətinə düşən malların idxalı, 6-ı ixracı, 48-i isə tranziti ilə bağlı olub.
9 ay ərzində 172 icazənin verilməsi 5 saylı, 18 icazənin verilməsi isə 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, 2023-cü ilin sentyabr ayından etibarən Energetika Nazirliyi tərəfindən icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi tərəfindən həyata keçirilir.
Ruhiyyə Mehdiyeva