Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəbrayılın azad olunması qələbəyə olan inamımızı birə-beş artırdı

Cəbrayılın azad olunması qələbəyə olan inamımızı birə-beş artırdı


“44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun Cəbrayıl rayonunu işğaldan azad etməsi ilə qələbəyə olan inamımızı birə-beş artırdı. Məhz Cəbrayılın düşmən işğalından azad edilməsi ilə Ermənistanın güclü ordu mifi darmadağın edildi və düşmən cəbhəsində çaxnaşma, başıpozuqluq yarandı. Bu tarixi hadisə eyni zamanda Ermənistan Ordusunda fərarilik hallarının artmasına da təsir göstərən başlıca amil oldu”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov Cəbrayılın işğaldan azad edilməsinin ildönümü ərəfəsində səsləndirib:

“Cərbayılın işğaldan azad edilməsi düşmən müqavimətinin qırılması və onun geri çəkilməsinı yol açdı ki, bu da nəticə etibarilə işğal altında olan digər şəhər və rayonlarımızın müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilməsinə imkan yaratdı”.

Bu gün Cəbrayıl rayonunun da işğaldan azad edilmiş digər şəhər və rayonlar kimi yenidən qurulduğu, abadlaşdırıldığını diqqətə çatdıran İqbal Məmmədov deyib ki, hazırda rayon özünün ən gözəl günlərinə qədəm qoyur:

“Yeni yollar çəkilir, ən müasir infrastruktur qurulur, yeni-yeni yaşayış məskənləri salınır. Bu günlər bütün cəbrayılılar, hər bir Azərbaycan vətəndaşı bu tarixi günü böyük qürur, fəxr hissi ilə qeyd edir”.

İqbal Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 31 iyul 2023-cü tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəncamına əsasən 4 oktyabr tarixinin Cəbrayıl şəhəri günü elen edilməsi də öz növbəsində xalqımızın milli müstəqillik və suverenliyi uğrunda sarsılmaz mübarizəsinin və yenilməz iradəsinin, Qələbə əzminin ən şərəfli səhifəsidir.

Anar Əliyev
Xəbəri paylaş