"Fransa XİN rəhbəri Ketrin Kolonnanın Ermənistana səfəri çərçivəsində verdiyi qərəzli bəyanatlar bizə əsas verir ki deyək, Fransa Ermənistan və Azərbaycan arasında münaqişənin alovlandırılmasında maraqlıdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Ketrin Kolonnanın Ermənistan mətbuatına verdiyi açıqlamasında Fransanın İrəvana hərbi texnikanın verilməsi ilə bağlı razılığa gəlindiyi barədə verdiyi məlumat və razılığın detallarını gizli saxlamaları, bir daha bizə Fransanın Cənubi Qafqaza gəlişinin xoşniyyətli olmadığını göstərir və Fransanın bu kimi addımları bölgədə yenidən sabitliyi pozmağa cəhd kimi qiymətləndirilir:
"Rəsmi Bakının cavabı da fransalı nazirə gecikmədi. Əslində Fransanın Ermənistanı silahlandırması hər zaman baş verib, amma bu addımlar humanitar yardım və üçüncü ölkələrin vasitəsilə həyata keçirilib. Hazırda bu prosesin açıq müstəvidə və rəsmi hala keçirilməsi istiqamətində işlərin aparılması, Fransanın məhz indiki zamanda hansı ki, münaqişənin sonu görünür, vaxt itirmədən Ermənistana səfər edərək bu kimi çərçivədə danışıqlar aparması və razılıq əldə etməsi heç də xoş niyyətli deyil və münaqişənin davam etməsi üçün atılan addım hesab oluna bilər. Fransa XİN Ketrinin Qarabağdan könüllü şəkildə köç edən ermənilərin bunu könüllü şəkildə həyata keçirdiklərinin yalan olduğunu və bunu zorakı köç adlandırması və bu güc təhdidi altında edilən bir seçim idi, deməsi Fransa hökumətinin niyyətini nümayiş etdirən səhnə hesab etmək olar. "Blokada" və "məcburi köçürülmə" kimi Azərbaycana qarşı işlədilən çirkin cümlələr də Fransalı nazirin nə qədər qərəzli olduğunu göstərir".
Çingiz Şahbazi deyib ki, Kolonnanın "Fransa hər zaman Ermənistanın yanındadır" deməsi də onun neytral vasitəçi ola bilməməsini göstərir və Fransanın bu maskası da burda düşmüş olur:
"Ermənistana edilən yardımlar və onların həcminin artırılması və humanitar yardımlar və digər məsələlər birlikdə onu göstərir ki, Fransa xalqının pulu və sərmayəsi hazırkı Fransa hakimiyyətinin arzu və istəkləri çərçivəsində hara gəldi xərclənir. Sözsüz ki, bunun arxasında Fransada fəaliyyət göstərən erməni lobbisinin gücüdür və Fransa hökumətinin bu addımları, bu gücün qarşısında nə qədər aciz olduğunu göstərir".
Anar Əliyev