Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Göyçay Ensiklopediyası” işıq üzü görüb

“Göyçay Ensiklopediyası” işıq üzü görüb


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) növbəti nəşri, nəfis tərtibatlı “Göyçay Ensiklopediyası” işıq üzü görüb. Newscenter.az xəbər verir ki, Göyçayda yeni toplunun təqdimat mərasimi keçirilib.

Ulu öndər Heydər Əliyevin 100 illi­yinə ithaf olunan kitabın ideya müəl­lifi və naşiri AVCİYA prezidenti Elxan Süleymanovdur. Onun ensiklopedi­yaya yazdığı ön sözdə bildirilib ki, bu kitab daha əvvəllər oxuculara təqdim olunmuş “Azərbaycan tarixinin qəhrə­manlıq səhifəsi – Göyçay döyüşləri”, “Göyçay döyüşləri Türkiyə tarixşünas­lığında və “Göyçay tarixi” kitablarının daha möhtəşəm şəkildə davamı kimi hazırlanıb.

Müəllif yazır ki, Ulu öndər və onun layiqli davamçısı, Prezident İlham Əliyev ölkəmizin bütün bölgələrinə ol­duğu kimi, Göyçaya da xüsusi qayğı və diqqətlə yanaşıblar. Göyçaylıla­rın dərin minnətdarlıqla xatırladıqları mühüm faktlardan biri misal gətirilir: “1976-cı ildə Göyçay ərazisini daimi sel sularından qorumaq üçün Heydər Əliyevin göstərişi ilə Ərvan çayı üzə­rində bənd tikildi. Bunun sayəsində rayonumuzun geniş torpaq sahələri abadlaşdırıldı, yüzlərlə ev, məktəb, mədəniyyət ocaqları tikildi, bağlar, parklar salındı.İnsanlar evlərində ra­hat yaşamaq imkanı qazandılar”.

Ensiklopediyada bölgənin tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mə­dəni həyatı, inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quru­luşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr, müvafiq xəritələr yer alıb. Yerli ədəbi-mədəni mühit, folklor və mərasimlər, maddi mədə­niyyət, toponimlər haqqında tanınmış tədqiqatçıların yazdıqları oçerklərlə tanış olmaq olar. Kitaba, ilk növbə­də, və daha çox Göyçayın adını xan çinarın ucalığına qaldırmış görkəmli şəxsiyyətlər haqqında məqalələr daxil edilib. Bunların hamısı 951 məqalədə, 11 irihəcmli oçerkdə birləşib.

Qeyd edək ki, ensiklopediyanın elmi-redaksiya şurasının rəhbəri Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birli­yinin sədri Anar Rzayev, nəşrin baş redaktoru filologiya elmləri doktoru, professor Asif Hacılıdır. Cildin tərtiba­tında Səttar Bəhlulzadənin “Göyçay” (1972) rəsmindən istifadə edilib ki, bu da Azərbaycanda narın Vətəni sayılan bir rayonun simvolu kimi təqdirəlayiq­dir.

Ensiklopediyanın təqdimat mərasi­mində çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev nəfis tərtibatda ərsəyə gətirilmiş ge­niş məlumat toplusunun buraxılması­nı təqdirəlayiq hal kimi dəyərləndirdi və yaradıcı heyətə razılığını bildirdi. Sonra AVCİYA prezidenti Elxan Süley­manov qeyd etdi ki, bu, 2015-ci ildə buraxılmış “Şamaxı ensiklopediya­sı”ndan sonra eyni silsilədən hazırla­nan 2-ci nəşrdir. O, ensiklopediyanın çapına informasiya dəstəyi göstərən­lərin hamısına dərin təşəkkürünü bil­dirdi.

Nəşrin baş redaktoru ensiklopedi­ya üzərində aparılan işdən danışdı və sözü Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara verdi. Anar müəllim ensiklopediyanın elmi-redak­siya şurasının sədri olmasından qürur duyduğunu söylədi və bu kitabın hər bir göyçaylının sevə-sevə oxuyacağı­na əminliyini ifadə etdi.

Təqdimatda Milli Məclisin deputatı Zahid Oruc, “Yeni müsavat” qəzetinin məsul redaktoru Elşad Məmmədli, “Göyçay” rayon qəzetinin redaktoru Adil Məmmədov və başqaları çıxış edərək, Ulu öndərin 100 illiyinə layiqli töhfə olan nəşrin hazırlanması üçün çəkilən zəhməti yüksək dəyərləndir­dilər, ensiklopediyanın uzun illərdən sonra da etibarlı mənbə kimi qalaca­ğına inandıqlarını bildirdilər. (Xalq qəzeti)
Xəbəri paylaş