Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin metodbirləşmə rəhbərləri üçün təşkil olunan illik metodik toplantılar başa çatıb.
Newscenter.az xəbər verir ki, Bakı şəhəri üzrə 12 rayonu əhatə edən məktəblərin metodbirləşmə rəhbərləri ilə keçirilən görüşlərdə Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru Minarə Fərzəliyeva və TDM-in metodistləri Kunzala Həmidova, Səkinə Hüseynova, Samirə Əfəndiyeva və Çinarə Cəbrayılova çıxış ediblər.
Metodik toplantılarda müəllimlərə 2023-2024-cü tədris ilində qarşıda duran hədəflər, illik tədris planlarının tərtib edilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, metodik işin səmərəli təşkili, tədris prosesində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi və digər müvafiq məsələlərlə bağlı tövsiyələr verilib.
Ruhiyyə Mehdiyeva