Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevin Qranada görüşündən imtina etməsi tamamilə doğru addımdır

Prezident İlham Əliyevin Qranada görüşündən imtina etməsi tamamilə doğru addımdır


"Azərbaycan və Türkiyə liderlərinin fransız-alman-erməni ittifaqına "yox" deməsi, Prezident İlham Əliyevin sabahkı Qranada görüşündən imtina etməsi tamamilə doğru addımdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, həmçinin rəsmi Bakının Türkiyənin də sözügedən görüşdə iştirakını tələb etməsi mükəmməl taktiki gediş kimi qiymətləndirilməlidir:

"Bu addım düşmənlərimiz üçün həqiqətən də gözlənilməz oldu və onları pis vəziyyətdə qoydu. Fransa kimi ədalətsiz bir ölkənin yer aldığı, Türkiyənin isə iştirak etmədiyi görüşdən imtina etmək Azərbaycanın müstəsna haqqıdır. Tərəfsizliyini və neytrallığını erməni lobbbisinin maraqlarına qurban vermiş Fransanın yer aldığı görüşlərdə iştirak etməyin heç bir anlamı və perspektivi yoxdur".

Komitə sədri deyib ki, lokal antiterror tədbirlərinin Qarabağdakı mənfur separatçı rejimin çöküşü ilə nəticələnməsi hazırda Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaradıb:

"İndi bölgədə qalıcı sülhün təmin olunması şərtlərini istisnasız olaraq məhz Azərbaycan diktə edir. Fransa və Almaniyanın birmənalı olaraq Ermənistanın mövqeyindən çıxış edəcəyi və Azərbaycana haqsız təzyiqlərin ediləcəyi görüşdən imtina edilməsi rəsmi Bakının diktə hüququnu özündə saxladı. Eyni zamanda Makron-Şolts-Paşinyan üçlüyünün anti-Azərbaycan planları pozuldu. Ermənistan və onun havadarları Azərbaycanın mövqeyi ilə hesablaşmağa məcburdur".

Anar Əliyev
Xəbəri paylaş