Nərimanov rayon Məhkəməsi ötən gün saxlanılan "Qazaxlı Alik"in oğlu Fuad Muradov haqqında həbs qərarı elan edib.
Newscenter.az xəbər verir ki, bu barədə Nərimanov rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən iclasda qərar verilib.
Qərarla onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, F.Muradov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilir.
Onun barəsində Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, "Qazaxlı Alik" ləqəbi ilə tanınan Arif Muradov I Qarabağ müharibəsinin veteranıdır. Ehtiyatda olan polkovnikdir.