Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana qarşı cinayət törədənlər mütləq şəkildə öz cəzalarını alacaqlar

Azərbaycana qarşı cinayət törədənlər mütləq şəkildə öz cəzalarını alacaqlar


Separatçı rejimin rəhbərlərinin həbsi "heç bir cinayət cəzasız qalmayacaq" -gerçəkliyini ortaya qoyur”. Həbs olunan separatçıların hər birinin ayrı-ayrı cinayətlərdə əllərinin olduğu faktlarla sübut olunub. Saxlanılanların cinayətkar fəaliyyəti təkcə hər hansı rejimə rəhbərlik etmələri ilə bitmir. Bunların əli Azərbaycan əsgərinin, mülki Azərbaycan vətəndaşının qanına batıb.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, David İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və başqaları Azərbaycan dövlətinə qarşı terrordan tutmuş qanunsuz silahlı dəstələr yaratmaq, təxribatlar törətmək, azərbaycanlılara işgəncə vermək, dinc sakinləri soyqırımına məruz qoymaq, Qarabağda etnik təmizləmə və başqa insanlığa zidd əməllər törədiblər:

"Onlar işğal və 44 günlük Vətən müharibəsi dövründə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, əhalinini təhlükəsizliyinin təmin olunması məqsədilə aparılan lokal xarakterli antiterror tədbirlərində qondarma qurumun “rəhbərlər”i kimi cinayətkar birlik halında milli düşmənçilik və nifrət aşılayan, terrorçu qruplaşmaların fəaliyyətini əlaqələndirən fəaliyyətlə məşğul olublar".

Politoloqun sözlərinə görə, Azərbaycan bu şəxslərin saxlanılması ilə xalqa və dövlətə qarşı ağır cinayətlər törətmiş hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsini tarixin ixtiyarına vermədi və sübut etdi ki, kimliyindən asılı olmayaraq Azərbaycana qarşı cinayət törədənlər mütləq şəkildə öz cəzalarını alacaqlar:

"Onları törətdikləri cinayətlərə görə cəza almaqdan nə bu şəxslərin "dərhal azadlığa buraxılmasını və Ermənistana yollanmalarının təmin edilməsini"ni istəyən Ermənistan, nə də hər hansı bir başqa qüvvə qurtara bilməyəcək".

Anar Əliyev
Xəbəri paylaş