“Azərbaycançılıq ideologiyasının ən önəmli mərhələlərindən biri Azərbaycan Xalq Cümhuriyyətidir. AXC dövründən başlayaraq xalqımız 3 rəngli bayrağın altında müstəqiliyin nə olduğunu hiss etdi, milli kimliyin vacibliyini anladı. Buna görə də Azərbaycançılıq ideologiyası dedikdə güclü, müstəqil, dayanıqlı dövlət yada düşür".
Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai fəal Ramil Mehdili səsləndirib. O bildirib ki, 1920-ci ildə bolşevik işğalı ilə AXC süqut etdi:
"Ruslar 70 ildən artıq bir dövürdə milli kimliyimizi yox etməyə, Azərbaycançılıq ideologiyasının üstündən xətt çəkməyə çalışmışdır. Azərbaycan adının işlənməsi, Azərbaycan dilində danışmaq qadağan edilmiş, insanlara rəhbər kimi erməni və digər qeyri-türk millətlərin nümayəndələri təyin edilmişdir. Cəmi 18 ay müstəqilliyi dadmış bir xalq Azərbaycançılıq ideologiyasını özündə daşımağı bacardı".
Anar Əliyev