"Azərbaycanda bütün su ehtiyatları və su obyektləri haqqında ümumi məlumatı əks etdirən elektron su xəritəsi hazırlanıb".
Newscenter.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, xəritə əvvəlcədən analizlərin aparılmasına imkan verir: "Belə ki, bu xəritə vasitəsilə hansı ərazilərdə subasma olacağı barədə əvvəlcədən məlumat əldə etmək mümkündür".
Mehman Mehdiyev