Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Balasanyanın əli qandallı Bakıya gətirilməsi Azərbaycanda toy və bayram ab-havası yaradacaq

Balasanyanın əli qandallı Bakıya gətirilməsi Azərbaycanda toy və bayram ab-havası yaradacaq


"Erməni qatillər bir-bir Bakıya gətirilir. Azərbaycan xalqı bu proseslərə xüsusi maraq göstərir və sözün əsl mənasında həzz alır. Çünki bu qatillərin əlləri minlərlə azərbaycanlının qanına batmışdır".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, həmin qatillərin içində, Vitali Balasanyan xüsusi ilə seçilir:

"Bu qatı cinayətkar, qatil azərbaycanlılara qarşı xüsusi amansızlıq və qəddarlığı ilə ad çıxarmış birisidir. Onun əli qandallı Bakıya gətirilməsi, inanıram ki, Azərbaycanda toy və bayram ab-havası yaradacaq".

Anar Əliyev
Xəbəri paylaş