Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehran Bakını hər zaman özünə təhdid bir güc kimi qiymətləndirib

Tehran Bakını hər zaman özünə təhdid bir güc kimi qiymətləndirib


"İkinci Qarabağ Müharibəsinin nəticələri İran-Azərbaycan münasibətlərində köklü dəyişikliklərə səbəb oldu".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, rəsmi Tehran Azərbaycanı hər zaman özünə təhdid bir güc kimi qiymətləndirib, ölkəmizə münasibətdə heç vaxt səmimi olmayıb:

“Ermənistan İranın köməkliyi ilə blokadadan çıxıb və bu da Azərbaycan torpaqlarının işğal müddətini uzadıb. İrəvan tərəfindən işğal olunmuş ərazilərində infrastrukturun məhv edilməsində, yaşayış və istehsal sahələrinin dağıdılmasında cənub qonşumuzun xüsusi rolu olub. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və ölkəmizin uzun illər əsas diqqətini Qarabağ probleminə yönəltməsi İranın maraqları kontekstində olduğu üçün onlar düşmən xislətini pərdələməyi bacarırdı. Lakin 2020-ci il İkinci Qarabağ Müharibəsində əldə olunan qələbədən sonra regionda dəyişən geosiyasi mənzərə İranı əsl simasını nümayiş etdirməyə sövq etdi”.

Anar Əliyev
Xəbəri paylaş