Elmi bir kəşf olaraq, tədqiqatçılar güclü lazerdən istifadə edərək səmada ildırım vurmağı bacarıblar.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, bu kəşf nəticəsində ildırım vurması nəticəsində yaranan yanğınların və ölümlərin qarşısı alına bilər.
Belə ki, güclü lazer ildırıma dəyməzdən əvvəl onu təqribən 60 metr istiqamətləndirə bilir. Yeni aparatı sınaqdan keçirmək üçün alimlər 3 tonluq lazeri İsveçrədəki 2000 metr yüksəklikdəki Santis dağının zirvəsinə gətiriblər.
Mehman Mehdiyev