Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

HƏMAS-sadə icraçı və killer

HƏMAS-sadə icraçı və killer


Müşahidə-təhlil üzrə, İsrailə qarşı bu cür uzun hazırlıqlı, xüsusi məxfi, yaxşı təşkilli-sistemli və güclü-effektiv cürətli hücum Həmasın işi deyil, təkbaşına, təminsiz və arxasız bacara biləcəyi... Həmas bu məsələdə yalnız sadə icraçı-killerdir.

Görünür ki, bu əməliyyat daha geniş geosiyasi miqyasda ölkələri əhatə edir. Təşkilatçı ölkələr: İran, Suriya, İordaniya, Livan. Qalır, bu işin arxa duran və sifarişçisi daha böyük, güclü iki ölkə... Onun da birisi Rusuya görünür, digəri gümanlı.

Məqsəd nə ola bilər bu, müharibə qədər geniş və böyük əməliyyatda? Yaxın şərqdə şiddətli və davamlı müharibə ocağı alovlandırma, bir neçə ədavətli və fərqli siyasi yönlü ölkənin iştirakı ilə. Niyə?! Qərbin, Avropanın böyük savaşda İsrailə dəstək və köməyə başı qarışmaqla, Ukraynaya diqqəti azalsın. Və Ukrayna cəbhəsində ən azı, proseslər dondurulsun. Rusiyaya nəfəs verilsin, onun tükəndiyi və qarşıdakı şiddətli döyüş anı. Yəni, faktiki, '2-ci Ukrayna cəbhəsinin' açılması.

Bunu da qeyd etməliyik...

Qaldı ki, Həmas-İsrail müharibəsinin bu iki gün müddəti ərzində bizim Azərbaycandakı ictimai duruma. Xalqın böyük əksəriyyətinin, xüsusən, sivil müasir və vətənçi təbəqənin və hökumətin də təəssübü İsrail tərəfində olduğu hiss etdildi. Əsas səbəb: İsrailin Azərbaycana sabit dəstəyi.

Azərbaycanın dindar (demək olar şiə-sünnülü) və xüsusən də, İrana və Türkiyəyə bağlı kəsimi, xüsusi aktivliklə İranın agentura şəbəkəsi və ən təəccüblüsü də, xüsusi aktivliklə Rusiyanın 5-ci kol-un, Fələstin-Həmas tərəfli olması göründü. Yəni, milli, dövlətçi təəssüb mütləq üstün olma gözləntisi vermədi. Bax bunu gücləndirməliyik!

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş