Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tiflis sülhyaradıcı arbitr kimi bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verə bilər

Tiflis sülhyaradıcı arbitr kimi bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verə bilər


Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində Vaşinqton, Moskva və Brüssel formatında baş tutan görüşlər nəticəsiz olduğundan yeni təşəbbüslər ortaya çıxır. Bu sırada Gürcüstanın adı da qeyd edilməkdədir. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə qonşu ölkəyə baş tutan işgüzar səfəri zamanı da Bakı ilə İrəvan arasında sülh müqaviləsinin məhz Tbilisidə imzalanacağına dair fikirlər səsləndi.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini ifadə edən Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib ki, Azərbaycan bütün tərəflərin vasitəçilik təşəbbüslərinə müsbət yanaşır. Lakin bununla yanaşı dövlətimizin başçısı tamamilə haqlı olaraq Gürcüstanın bu məsələdə daha səmərəli vasitəçi ola biləcəyini düşünür:

"Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsində və bölgədə qalıcı sülhün bərqərar olunmasında Gürcüstan həqiqətən də müsbət rol oynaya bilər. Rəsmi Tiflis əsl sülhyaradıcı arbitr rolunu öz üzərinə götürüb bölgədə qısa bir zamanda sülhün və təhlükəsizliyin təmin olunmasına real töhfə verə bilər".

Anar Əliyev
Xəbəri paylaş