Azərbaycan xalqı 20 il əvvəl, 2003-cü il oktyabrın 15-də Ulu öndər Heydər Əliyev siyasətinə öz sadiqlini siyasi mütəşəkkilliklə nümayiş etdirərək Onun Siyasi varisi Cənab İlham Əliyevə etimad göstərməklə özünün gələcək möhkəm təhlükəsizliyinə və xoş rifahına təminat yaratdı.
Qeyd-şərtsiz qəbuledilən gerçəklikdir ki, Cənab İlham Əliyevin yetkin siyasətçi kimi formalaşmasında birbaşa Heydər Əliyev faktorunun əvəzolunmaz rolu vardır. Eyni zamanda, Onun özünün unikal siyasi dühası, zəngin elmi fəaliyyəti, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda tədqiqatçı-alim kimi püxtələşməsi və diplomatiya, beynəlxalq münasibətlər sahəsində peşəkar kadr kimi özünü təsdiq etməsi qarşısılalınmaz siyasi istedadının formalaşmasında mühüm rol oynamışdır.
Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən sonra bütün qüvvəsini əsas fundamental amalı və idealı olan güclü Azərbaycanı qurmaq və iqtisadi qüdrətini artırmaqla bir nömrəli problemimizi - Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizi azad edilməsinə yönəltdi.
Cənab İlham Əliyev 44 günlük Şanlı Vətən müharibəsində Zəfər qazanmaqla Azərbaycanın neçə əsrlik taleyüklü ağrılı problemi olan erməni işğalının və torpaq iddiasının son mərhələsinə gəlib çatmaqla tarixdə heç bir sərkərdənin, siyasi liderin görə bilmədiyi missiyasını qürurla başa çatdırdı.
2023-cü il aprelin 23-də Laçın nəzarət-buraxılış məntəqəsini qurmaqla Azərbaycanın suverenlyinin möhkəm təminatına çevrildi. Sentyabrın 21-də isə anti-terror əməliyyatları ilə erməni silahlı birləşmələrini və separatçıları tamamilə Qarabağdan qovmaqla ərazi bütövlüyümüzü və legitim suverenliyimizi tamamilə bərpa etdi.
İlham Əliyev 20 illik hakimiyyəti dövründə 200 illik dövlət irsini, Azərbaycanın tarixi-siyasi xəritəsinin bərpa etməklə son yüzilliklərdə yetişmiş Ən Böyük tarixi şəxsiyyət kimi adını əbədiləşdirdi.
İlham Əliyev erməni terrorizminin kökünü kəsmklə gələcək nəsilləri də ağır yükdən qurtardı. Qarabağla yanaşı, Cənubi Qafqazda 35 ildir ki, qanlı terrorlara yol açan erməni separatizminin kökünü kəsdi.
Azərbaycan Prezidenti müdrik siyasi xadim olmaqla yanaşı, həm də unikal yenilikçi və idarəçilik meyarlarının müəllifidir. Azərbaycanın yerləşdiyi geostrateji tranzitdə yeni siyasi-kommunikasiya xəritəsinin məharətlə cızaraq Zəngəzur dəhlizini yaradır, dünya nəqliyyat arteriyasını Azərbaycana səmtləndirir.
O, həm də Cənubi Asiya-Mərkəzi Asiyanı və Yaxın Şərqi Azərbaycanla birləşdirmək ideyasının müəllifi kimi regionda tamamilə bambaşqa siyasi xətt cızır. Bu dəhlizdə dost və qardaş Türkiyə, Pakistan, İsrail və Asiyanın Türk dövlətləri strateji yer tutur. Bu ideya həm də Türk Dövlətləri Təşkilatının bölgəsəl Gücə çevrilməsinin konseptidir.
Cənab Prezident Qarabağı azad etməklə yanaşı, dünya Azərbaycanlılarının milli həmrəyliyini möhkəmləndirdi, 40 milyonluq Azərbaycanlının Prezidenti olmaq məsuliyyətini üzərinə götürərək tarixi Vətəndə yaşayan Cənublu soydaşlarımızın qayğılarını çiyinlərinə götürübdür.
İlham Əliyev 20 ildir ki, öz ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr edir, gecə-gündüz yorulmaq bilmədən Ali kürsüsündə Ali vətəndaş kimi xidmət edir. Bu, Onun tükənməz millət sevgisinin nümunəsidir.
İstisnasız olaraq dünya İlham Əliyevi müasir siyasətin ən ustad liderlərindən biri kimi qəbul edir. Onun gənc siyasətçi kimi dünya siyasətində ilk addımlarını atmağa başladığı vaxtlarda saysız qədər siyasətçi, dövlət liderləri fəal səhnədə idi, ancaq 20 il ərzində onların əksəriyyəti siyasi səhnədən heç bir yaddaqalan, xatıralnacaq heç bir iz qoymadan getdi, onlar sadəcə ənənəvi iyerarxiyaya söykənərək dövlət başçısı kimi tarixdə qaldılar.
İlham Əliyev tarixdə əsil tarix yaradan, geosiyasi vəziyyəti dəyişən və dəyişdirən, regionun geocoğrafi landşaftını yenidən quran, yeni reallıqları qəbul etdirən və bütün diqqətləri özünə çəkən, Qətiyyəti ilə möhür vuran Yenilməz Lider kimi yadda qalmaqdadır.
Siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki Vaqif Abdullayev