Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənab Prezidentin Gürcüstan səfəri Bakı ilə Tbilisi arasında yeni əməkdaşlıq imkanlarına yol açacaq

Cənab Prezidentin Gürcüstan səfəri Bakı ilə Tbilisi arasında yeni əməkdaşlıq imkanlarına yol açacaq


“Azərbaycanla Gürcüstanı dərin tarixi köklər, oxşar mədəniyyət, eyni zamanda mehriban, səmimi qonşuluq əlaqələri bir-birinə bağlayır. İki ölkənin qlobal əhəmiyyətli regional layihələrdə iştirakı Bakı ilə Tbilisinin iqtisadi sahədə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, iki ölkəni bir-biri üçün strateji müttəfiqə də çevirib. Sevindirici haldır ki, bu əlaqələr hər ötən gün daha da inkişaf edir, genişlənir”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfərini şərh edərkən səsləndirib. Millət vəkili bildirb ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıq bölgə üçün yeni əməkdaşlıq imkanlarını da ortaya çıxarıb:

“Bu mənada Cənubi Qafqazın iki mühüm ölkəsi olan Azərbaycanla Gürcüstanın regionda yaranmış yeni reallıqlar fonunda əməkdaşlıq imkanları genişlənmiş olur. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi layihələrdə birgə iştirak edərək ortaya normal, strateji əməkdaşlıq nümunəsi qoyan Bakı ilə Tbilisinin yeni nəqliyyat dəhlizləri, ən əsas Zəngəzur koridorunun işə düşməsindən sonra da qeyd edilən istiqamətlərdə yaxından əməkdaşlıq edəcəyi şübhəsizdir. Bu əməkdaşlıq imkanıarı Bakı qədər Tbilisi üçün faydalı, sərfəlidir”.

İqbal Məmmədov bir məqama da diqqət çəkib:

“Günümüzdə Azərbaycanla Gürcüstan arasında əlaqələr yalınız siyasi paytaxtlar arasında deyil, eyni zamanda regionlar, ikitərəfli əlaqələr üçün mühüm töhfələr verə biləcək bölgələr arasında da inkişaf edir. Azərbaycan liderinin keçən ilin oktyabrında Gürcüstanın Msxetiya şəhərinı, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin isə cari ilin aprel ayında Qəbələyə işgüzar səfərləri də onu deməyə əsas verir ki, artıq iki ölkə arasında regionlar səviyyəsində də inkişaf gedir”.
Dövlət başçısının Gürcüstana səfərinin yeni əməkdaşlıq imkanlarına yol açacağını deyən İqbal Məmmədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsi mövcuddur:

“Gürcüstan və Azərbaycan - iki qardaş ölkə olaraq bu sahədə Avropa ölkələri ilə də sıx əməkdaşlıq edir. Cənab prezidentin təbirincə desək, “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm bizim, həm də ki, tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək”.

Anar Əliyev
Xəbəri paylaş