Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhid ailələrinə və qazilərə diqqət, qayğı dövlət siyasətinin əsas istiqamətlərindəndir

Şəhid ailələrinə və qazilərə diqqət, qayğı dövlət siyasətinin əsas istiqamətlərindəndir


Azərbaycada əhalinin sosial rifah halının yüksəldilməsi daim dövlətin əsas diqqət mərkəzində olan məsələlər sırasındadır. Bu istiqamətdə cəmiyyətin xüsusilə həssas təbəqəsinə diqqət və qayğı haqlı olaraq daha çox yönəldilir. Bir qayda olaraq şəhid ailələri, qazilər, Qarabağ müharibəsi iştirakçıları, qaçqın və məcburi köçkünlər daima dövlətin qayğısı ilə əhatələnib. Elə Yeni Azərbaycan Partiyasının üzvü, Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova da bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, Mətanət Qəribova deyib ki. şəhid ailələrinə və qazilərə diqqət, qayğı dövlət siyasətinin əsas istiqamətlərindəndir:

"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından verdi, tarixi Zəfərimizdən sonra ilk görüşü 11 noyabr 2020-ci il tarixdə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə oldu".

O qeyd edib ki, Vətən uğrunda canından, sağlamlığından keçən hər kəsi diqqətdə saxlayan , maddi, mənəvi dəstəyi əsgirməyən dövlətimiz postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin edib. Eyni zamanda ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir.

Anar Əliyev
Xəbəri paylaş