Ostindəki Texas Universitetinin amerikalı alimləri immun sisteminin xərçəng xəstəliyinə qarşı mübarizə qabiliyyətini bərpa edən PEG-MTAP adlı bioloji preparat hazırlayıblar.
Newscenter-az xəbər verir ki, tədqiqatın nəticəsi “Cancer Cell” elmi jurnalında dərc olunub.
Xərçəng xəstəliyinin bir çox növləri DNT-nin 9p21 adlı bir hissəsini çıxarır. Bu, melanoma, mezotelyoma, beyin xərçənginin bəzi növləri və sidik kisəsi xərçəngində müşahidə olunur.
Məlumata görə, 9p21-in çıxarılması adətən xəstələrin sağalma şansını azaldır və xəstəliyi immunoterapiyaya davamlı edir, çünki xərçəng xəstəliyi hüceyrələri immun hüceyrələrin fəaliyyətinə mane olan MTA adlı zəhərli birləşmə əmələ gətirir.
Qeyd edilir ki, 9p21-in təmizlənilməsi sağlam hüceyrələrin sağlam inkişafına və MTA toksinini parçalayan fermentlərin istehsalına səbəb olan əsas genləri aradan qaldırır. Bu xüsusiyyət xərçəngə xəstənin immunitetini pozmağa imkan verir, eyni zamanda nəzarətsiz hüceyrə bölünməsinə səbəb olur.
Anar Tağıyev