Birləşmiş Ştatlar prezidenti Co Baydenin İsrailə səfər edəcəyi barədə xəbərlər yayılıb.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Ağ Ev rəhbərinin bu gün nəzərdə tutulan Kolorado səfərinin təxirə salınması Baydenin İsrailə gedəcəyi ehtimallarını daha da artırıb. Ağ Evdən verilən açıqlamada Baydenin Kolorado səfərinin yaxın vaxtlarda reallaşacağı bildirilib.
Ağ Ev hələlik mümkün səfərlə bağlı rəsmi açıqlama verməsə də, Baydenin bu gün proqramının ləğvi İsrailə səfərin bu həftə baş tuta biləcəyinə işarə kimi qiymətləndirilib.
Qeyd edək ki, ABŞ-da prezident səfərlərinin son anda ləğv edilməsi olduqca nadir hallarda baş verir. Amerika və İsrail mətbuatı da Kolorado səfərinin təxirə salınmasına səbəb kimi Baydenin İsrailə nəzərdə tutulan səfərini göstəriblər.
Anar TAGİYEV