Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Myatoviçin regiona səfərinin nəticələrinə dair hazırlanan məruzənin obyektiv olacağına şübhə var.
Newscenter-az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Açıqlamada bildirilib ki, Avropa Şurası bir qayda olaraq region ölkələrindən Azərbaycana qısqanclıqla yanaşıb, hər zaman rəsmi Bakıya qərəzli mövqe sərgiləyib:
"Elə Dnya Myatoviçin özü də hər zaman Azərbaycana qərəz nümayiş etdirib. 30 il ərzində azərbaycanlı qaçqın və məcburi köçkünlərin gərgin yaşam tərzinə diqqət etməyən, onların problemlərini qabartmayan Dunya Myatoviç indi Qarabağ ermənilərinin hüquqlarının müdafiəçisi kimi çıxış edir. Könüllü şəkildə Qarabağı tərk edən ermənilərin təzyiqlərə məruz qaldığını, zorla qovulduğunu iddia edir. Ona görə də sözügedən səfərin və onun nəticələrinin obyektiv olacağına inanmaq sadəlövhlük olardı".
Anar Əliyev