Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zonasında sabitliyin əldə edilməsi, sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə liderinin bu məqsədlə Yunanıstanın baş naziri Kiryakos Miçotakislə telefon danışığı olub. Danışıqlar zamanı liderlər Yaxın Şərqdə mümkün sabitliyin əldə edilməsinin yollarını müzakirə ediblər. Prezident Ərdoğan Türkiyənin regional və qlobal miqyasda son dərəcə mənfi nəticələri ola biləcək bu münaqişəli prosesə son qoymaq üçün hər cür səy göstərdiyini və bundan sonra da edəcəyini bildirib.
Qeyd edək ki, Ərdoğanın Yaxın Şərqdəki vəziyyətlə bağlı İran prezidenti İbrahim Rəisi və Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə də telefon danışığı olub.
Anar TAGİYEV