Mal ətinin qiymətində yenidən artım müşahidə edilib.
Newscenter.az Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, mal ətinin qiymətindəki artım dünya bazarında da müşahidə edilib. Belə ki, 2023-cü ilin may ayından mal ətinin dünya bazar qiymətində müşahidə olunan azalma sentyabr ayından artım ilə əvəz olunub. Nəticədə sentyabr ayında mal ətinin 1 kiloqramının qiyməti əvvəlki aya nisbətən 4.8% artaraq 5.2 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Keçən ilin eyni dövründə isə mal ətinin dünya bazarındakı qiyməti 5,65 dollar təşkil edib. Cari il ərzində mal ətində ən yüksək qiymət aprel ayında qeydə alınıb. Qeyd edilən ayda dünya bazarında mal ətinin qiyməti 5,67 dollar səviyyəsində olub.
Natiq Orucov