Aparılan iqtisadi təhlillər göstərir ki, dünya bazarında əksər mal və məhsulların qiymətində artım qeydə alınır.
Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, pambığın da dünya bazarındakı qiymətlərində artım müşahidə edilib. Belə ki, pambığın dünya bazar qiymətində ötən ilin dekabr ayından başlayan azalma iyul ayından artma ilə əvəz olunub.
Məlumata görə, 2023-cü ilin sentyabr ayında pambığın 1 kiloqramının qiyməti əvvəlki aya nisbətən 2.4% artaraq 2.16 ABŞ dolları səviyyəsində qərarlaşıb. Ancaq keçən ilin müvafiq dövrü ilə müqayisədə qiymətdə azalma olub. Belə ki, 2022-ci ilin sentyabr ayında pambığın dünya bazarındakı qiyməti 2,59 dollar təşkil edib.
Anar TAGİYEV