"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları oktyabrın 15-də Xankəndində Azərbaycan bayrağını ucaltmaqla tarixi ədaləti bərpa etmiş oldu".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Xankəndində Azərbaycan bayrağının ucaldılması ilə Azərbaycanın ərazi bütpvlüyünün tam bərpa edildiyi təsdiqini tapdı:
"Çoxları iddia edirdi ki, Xankəndinə Azərbaycan dövləti nəzarət edə bilməyəcək, yaxud Rusiya buna imkan yaratmayacaq. Ancaq Cənab Prezident nəyi, nə vaxt edəcəyini çox yaxşı bildiyi üçün mərhələ-mərhələ bütün prosesləri, maenələri dəf edərək Xankəndi sevincini, qürurunu da xalqımıza, bizlərə yaşatdı".
Arzuman Muradlı qeyd edib ki, hakimiyyətinin 20 ilində tarixə yalnız qalib, silsilə uğurlar qazanan lider kimi düşən İlham Əliyev hələ neçə yüz illər təkcə Azərbaycan deyil, eləcə də dünya tarixində xatırlanacaq, tarix kitablarında Onun düşünülmüş, dəmir iradəli siyasətindən bəhs ediləcək.
Anar Əliyev