Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəkərin və çayın qiyməti artıb

Şəkərin və çayın qiyməti artıb


Əksər ərzaq məhsulları kimi şəkərin və çayın qiymətində də dünya bazarlarında artım qeydə alınıb.

Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinə istinadən bildirir ki, 2023-cü ilin sentyabr ayında şəkərin dünya bazarı qiyməti əvvəlki aya nisbətən 9.8% artaraq 0.58 ABŞ dolları/kq səviyyəsinə qalxıb. Eyni zamanda şəkərin qiyməti keçən ilin müvafiq dövrü ilə müqayisədə də artıb. Belə ki, 2022-ci ilin sentyabr ayında şəkərin dünya bazarındakı qiyməti 0,39 dollar olub.

Sentyabr ayında çayın 1 kiloqramının dünya bazarı qiyməti əvvəlki ayla müqayisədə 0.4% artaraq 2.85 ABŞ dolları
səviyyəsində qərarlaşıb. Keçən ilin müvafiq dövrü iilə müqayisədə də isə çayın qiymıti aşağı düşüb. Belə ki, 2022-ci ilin sentyabr ayında çayın 1 kiloqramının dünya bazarı qiyməti 3,33 dollar təşkil edib.

Anar TAGİYEV
Xəbəri paylaş