Tərtər rayonundan digər istiqamət üzrə mina və insan həyatı üçün təhlükəli maddələrdən təmizlənməyən əraziyə daxil olmağa cəhd edən 8 nəfər DİN əməkdaşları tərəfindən müəyyən edilib.
DİN-in mətbuat xidmətinin regional qrupundan Newscenter.az-a bildirilib ki, oktyabrın 15-də günün qaranlıq saatlarında təhlükəli əraziyə daxil olan şəxslər saxlanılaraq polis orqanına gətiriliblər.
Onlar barəsində müvafiq qaydada protokollar tərtib edilib. Tərtib edilən protokollara baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Mehman Mehdiyev