Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin media qurumları öz bilik və bacarıqlarını bölüşəcəklər

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin media qurumları öz bilik və bacarıqlarını bölüşəcəklər


Qırğızıstanda Türk Dövlətləri Təşkilatının (TDT) Media və İnformasiya Sahəsində Əməkdaşlıq İşçi Qrupunun 10-cu iclası keçirilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, paytaxt Bişkekdə keçirilən iclasda Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistandan dövlət rəsmiləri və media rəhbərləri iştirak edib.

İclasda TDT-yə üzv ölkələr arasında media sahəsində bilik və bacarıqların mübadiləsi sahəsində əməkdaşlığın inkişafı ilə bağlı illik fəaliyyət planı, Özbəkistanda keçiriləcək 2-ci Beynəlxalq Media Forumu, nazirlik nümayəndələri üçün təlim proqramı, Ortaq xəbər kanalı və Türk Xəbər Agentlikləri Birliyinin qurulması müzakirə edilib.

Anar TAGİYEV
Xəbəri paylaş