Rusiya ordusu Ukrayna ordusunun hücumlarına qarşı cəbhə boyunca dərin və mərhələli müdafiə xətti yaradıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu səsləndirib. Rusiya ordusunun mövqelərinin gücləndirilməsinin zəruri olduğunu deyən nazir, “Ümumilikdə vəziyyət sabit və inamlı görünür, qoşunlar peşəkar əməliyyatlar həyata keçirir”, deyə-vurğulayıb.
Ukrayna ordusunun müxtəlif istiqamətlərdə hücumlara cəhd etdiyini bildirən Şoyqu bunları qeyd edib:
"Onlar demək olar ki, hər istiqamətdə bizim aktiv müdafiəmizlə üz-üzədirlər. Biz bir çox sahədə taktiki mövqeyimizi yaxşılaşdıra bilmişik".
Anar TAGİYEV