Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

3+3 formatı regional təhlükəsizlik baxımından çox vacib platformadır

3+3 formatı regional təhlükəsizlik baxımından çox vacib platformadır


"İranın təşəbbüsü ilə bu gün Tehranda 3+3 formatı çərçivəsində xarici işlər nazirlərinin görüşü baş tutdu. Görüşun indiki dönəmdə keçirilməsinin, məhz Yaxın Şərqdə baş verən hadisələrlə birbaşa əlaqəsi olmasa da, bunun fonunda qütbləşməkdə olan güclərin bölgədə hər hansı bir ata biləcək addımlarına və yaxud da hər hansı bir addımın yeni bir muharibə ocağına səbəb ola bilmə ehtimallarını nəzarətdə saxlamaq baxımından və regionun təhlükəsizliyi baxımından müzakirələrin aparılması məqbul hesab olunur və məqsədəuyğundur".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Ekspert daha sonra qeyd edib:

"Bilindiyi kimi Ermənistan və Azərbaycan arasında müharibə bitmişdir və hər iki ölkə yeni dövrə hazırlaşır. Həmçinin Gürcüstan və Rusiya arasında münasibətlər qalmaqdadır. Zəngəzur dəhlizinin reallaşması istiqamətində razılığa gəlinməsi və digər məsələlər ətrafında müzakirələrin aparılması üçün bu formatın perspektivləri vardır. Bu perspektivlərin reallaşması istiqamətində keçirilən hər hansı bir görüşdə əldə olunan nəticələr əlbəttə ki, 3+3 formatı üzrə iştirak edən ölkələrin uğuru hesab edilə bilər. 3+3 formatı regional təhlükəsizlik baxımından çox vacib platformadır və bölgə ölkələri üçün siyasi və iqtisadi baxımdan yeni perspektivlər aça bilər".

Anar Əliyev
Xəbəri paylaş